14 fevralın sevgililər günü kimi qeyd olunmasının xristianlıqla heç bir əlaqəsi yoxdur.
Bu günün tarixi xristianlıqdan öncə təxminən 1500 il əvvələ gedib çıxır.
Ümumiyyətlə 14 fevral “sevgi” ənənəsi əslində qədim Romanın adəti idi.
Qədim Romada 14 fevral xüsusi əhəmiyyət kəsb edirdi. Həmin dövrün inancına görə, bu gün, Roma “Tanrı” və “Tanrıçaları”nın kraliçası olan Junoya duyulan sayğıdan dolayı bayram kimi qeyd olunurdu.
Səhərisi gün isə Lupercalia bayramı başlayırdı. Bu bayramda kütləsəl orgiya məclisləri və erotik səhnələr canlanardı.
Bu “bayramda” hansı gəncin hansı qızı seçməsi öz istəklərinə bağlı deyildi.
Romalı gənc qızlar adlarını kiçik kağız parçalarına yazıb, bir çəlləyə atar, həmin kağızlardan birini seçən romalı gənc də seçdiyi kağızda adı yazılan qızla həmin gecə bir yataqda, istənilən cinsi arzusunu həyata keçirməkdə sərbəst buraxılırdı.
Onlar bayram boyunca ayrılmırdılar. Bundan başqa Romanın sərhədi boyunca çılpaq kişilərin paradı olardı.
Paradda iştirak edən kişilər keçi dərisi ilə qarşılarına çıxan qızlara toxunardılar.
Bu da onların inancına görə, sonsuzluqdan hifz edirdi.
Bu adətə februa deyildiyindən bu “bayram” fevral ayında qeyd edilirdi.
Bu “bayramda” həmçinin toplumsal,yəni insanların gözü önündə cinsi münasibət qurulurdu.
Yəni bir sözlə xristianlıqdan əvvəl keçirilən 13-15 fevral Lupercalia bayramı kütləvi əxlaqsızlıq günüdür.
Bəs "Müqəddəs" Valentin kimdir?
İndi isə keçək bu “bayramın” xristianlıqdan sonrakı dövrdə qanuniləşdirilən növünə – Valentin gününə.
Katolik xristianlarının “Müqəddəs Valentin” dedikləri və şəxsiyyəti ilə öyündükləri bu keşişin əslində, öyünüləsi tərəfinin olması böyük sual doğurmaqdadır.
Dövrün hökmdarı imperator Klavdiy uzaq səfərlərə getməkdən imtina edən, ordusunda fərarilik, istəksizliyin qarşısını almaq üçün əsgərlərinə evlənməyi qadağan edir.
Qaynaqlara görə, həmin dövrlərdə Valentin Romada rahib idi. Ancaq, kimliyi və ölümü barədə müxtəlif fərziyələr var. Bunlardan ən geniş yayılmış olanı budur ki, həmin keşiş imperatorun evlənməyi qadağa etməsinə baxmayaraq, əsgərləri qızlarla gizlin görüşdürür və bir yerdə olmasına şərait yaradırmış.
İmperator onun bu əməllərindən xəbər tutduqdan sonra Valentini zindana atdırır və 14 fevralda – məhz romalıların əxlaqsızlığının tüğyan etdiyi bir gündə döydürərək,təhqiramiz formada öldürtdürür.
Bəzi iddialara görə, guya Valentin həbsxana rəisinin qızına aşiq olubmuş, ona görə də edam edilib. Bu arada, katoliklər də iddia edir ki, Valentin xristianlığı təbliğ etdiyi üçün öldürülüb.
Ancaq görünəni odur ki, saxtakar Valentinin Roma tərəfindən müqəddəsləşdirilməsi belə onun əməllərinin üstünü örtə bilməyib.
Valentin homoseksualdır?
Bilindiyi kimi qədim Romada ümum– iyyətlə kişilərin cüt sevgililəri olurmuş.
Belə ki, kişinin qadını olduğu kimi, kişisidə ola bilərmiş.
Diqqət çəkən məqamlardan biri də budur ki, Valentin həbsxanadan öz yoldaşlarına, xüsusən də keşiş dostu Mariusa “Valentini unutma”, “Səni sevirəm” deyə məktublar göndərirmiş.
Bu fakt ümumiyyətlə, Valentinin hansısa bir qıza görə öldürüldüyü və yaxud da xristianlığı təbliğ etdiyinə görə edam edildiyi faktlarını sıradan çıxarmağa kifayət edir.