Blog - Ö L Ü M

Ö L Ü M




Ölümdən sonra vücudda hansı dəyişikliklər baş verir?

Bir çoxumuz ölümün son olduğuna inanırıq, amma bəzi inanc və yanaşmalara görə, bu bir başlanğıc sayılır. Bu mövzu bəzən narahat edici olsa da, ölüm və ondan sonra vücudda baş verən bioloji və kimyəvi dəyişiklikləri araşdırmaq, mövzuya hakim olmaq baxımından faydalı ola bilər. Bu yazıda, ölümdən sonra orqanizmimizdə baş verən bioloji və kimyəvi dəyişiklikləri öyrənəcəyik.

Ölüm nədir?
Ölüm, qısa olaraq desək canlılığı təmin edən vacib orqanların fəaliyyətini yenidən bərpa edə bilməməsi ilə birlikdə, bütün həyati proseslərin dayanmasıdır. Ölüm, orqanizmin fiziki və kimyəvi fəaliyyətlərinin geri dönməz şəkildə bitməsi və entropiyaya(davamalı olaraq enerji sərf edərək entropiyaya-nizamsızlığa qarşı dirəniş) təslim olması deməkdir. Ölüm iki əsas mərhələyə ayrılır: Somatik ölüm(orqanizmin həyati funksiyalarının, xüsusən də ürək döyünməsi, tənəffüs və beyin fəaliyyəti kimi əsas həyati proseslərin tamamilə dayanması) və molekulyar ölüm(hüceyrəvi və molekulyar səviyyədə ortaya çıxan dağılma prosesini özündə ehtiva edir və bu proses bədənin tamamilə çürüməsinə qədər davam edir)

Ölüm baş verdikdən sonra bədəndə meydana gələn dəyişikliklər (post-mortem):
•\tKornea bulanıqlığı
Kornea, gözün ön hissəsində yerləşən və görmədə mühüm rol oynayan şəffaf bir toxumadır. Ölümdən dərhal sonra kornea hüceyrələrində oksigenin çatışmazlığı və qan dövranının dayanması nəticəsində korneanın şəffaflığı itir və bulanıqlaşır. Bu, oksigenin və qida maddələrinin hüceyrələrə daşınmasının dayanmasından qaynaqlanır.

•\tPalor mortis(ölüm solğunluğu)

Ölüm solğunluğu adlanan bu mərhələ ölümdən 15-20 dəqiqə sonra müşahidə edilir. Bu müddət ərzində qan dövranının dayanması nəticəsində dəridə solğunluq və ağarma meydana gəlir. Daha sonra yerin cazibə qüvvəsinin təsiri ilə qan bədənin alt hissələrində toplanmağa başlayır və vücud livor mortis mərhələsinə keçid edir.

•\tLivor Mortis(ölüm rəngi)
Livor mortis ölüm baş verdikdən sonra qan dövranının dayandığı və qanının yerin cazibə qüvvəsinin təsiri ilə bədənin aşağı hissələrində yığılması nəticəsində dəridəki rəng dəyişikliklərini ifadə edən bir prosesdir.

Ordan - Burdan
Şərhlər 0
İlk sən yaz!
Комментирование доступно только для участников сообщества
Geri

Bu səhifəni paylaşın