35 yaşlı kişinin dünyasını dəyişən həyat yoldaşına həsr etdiyi məktub..."Məzarının baş ucunda oturmuşam"Çoxdan oturmuşam soyuqdur.Donmuşam tərpənmək istəmirəm.Baş daşında şəklinə baxıram.Gülümsəyirsən...amma bədbəxtliyin bəbəklərinə hopub.Bu şəkli mən çəkmişdim.Fotoaparat hədiyyə olunan gün.Mənim səndən milyon dəfə çox dəyər verdiyim qadının biri bağışlamışdı onu mənə.Çox sevinirdin...ilk dəfə gəl sənə şəklini çəkim demişdim.Saçlarını səliqəyə salıb paltarını dəyişdin.Mən isə qışqırdım tez ol yoxsa çəkməyəcəm.Gözlərin doldu...vecimədə olmadı.Şəklini çəkdim.Sadəcə gülümsədin.Külək əsir..evə getmək istəyirəm.Səndən daha çox vaxt ayırdığım uğrunda sağa_sola pul xərclədiklərimi daha görmək istəmirəm..başımın tacı..Başımın tacı??!! Bunu sənə demək üçün ölmənimi gözləyirdim?!Səni həmişə ən axırıncı yerə qoydum.Sənə gözəl sözlər deməyi çoxdan tərgitdim.Amma internetdə,işdə ,orda_burda qadınlara bol bol xoş sözlər dedim.Sonra onları başqaları ilə gördüm...adını "xəyanət "qoydum..Evə gələndə sənin mehriban üzünü gördüm.Varlığına şükr etdim gizlincə.Səhəri gün isə unutdum...Göz yaşların yanağını islatmağa başlayanda "bayquş yenə başladı"dedim.Hönkür_hönkür ağlatdım səni...Evə getmək istəmirəm.Ən böyük qəbirstanlıq evimizdədir.O evin hər şeyi sən imişsən...Evə gələndə mənim yorğunluğumu sən çıxardırdın...Bəs sənin qayğına kim qaldı ay yazıq??!! Kaş sağ olaydın.Bir quru çörəyi gətirib qoyardın qabağıma.Milyon dəfə əllərindən öpüb çox sağ ol deyərdim.Yatağıma girmək istəmirəm.O yataq sənə qadınlığını unutdurdu...