Rəvayətə görə, Dünyanın ən yaraşıqlı, ən gözəl kişisi Narcissuu bircə dəfə görən bütün qızlar və pərilər ona aşiq olurlarmış. Amma Narcissus onların heç birinə üz vermir, heç birini özünə layiq görmürdü. (Narsissizm termini buradan gəlir. Narsisizm özünə vurğunluq, insanın özünə aşiq olması, öz-özünə səcdə etməsi mənasına gələn ruhi sarsıntı, xəstəlik anlayışı) Bir gün dağlarda və mağaralarda yaşayan yalnız əks-səda ilə danışa bilən pəri Ekho Narcissusu görür. (hazırda Exo sözü bu Ekho sözdən gəlir, əks-səda bildirir) O da digər qızlar kimi ilk görüşdə Narcissusa aşiq olur. Günlərlə gizli formada onun ətrafında dolanır. Nəhayət sonda sevgisini etiraf etmək qərarına gəlir. Düşünür ki, onun qarşısına çıxsa, ondan gözəl sözlər eşidər və əks-səda ilə o sözləri Narcissus üçün təkrar edər. Narcissus bir gün bir mağaraya girir və burada kimsə varmı? deyə soruşur. Əks-səda ilə Ekho burada kimsə varmı? deyir. Bu səsin sahibi Narcissusa maraqlı gəlir və o, səsin sahibini yanına çağırır. Ekho gizləndiyi yerdən çıxır, özünü Narcissusa göstərir və onun boynuna sarılır. Narcissus Ekhoun özünə aşiq olduğunu görür və digər qızlar kimi ona da üz vermir və Ekhonu soyuqqanlılıqla yanından qovur. Ekho çox pərt olur və qaçıb gizlənir. Ekho bu ağrı və travma ilə nə yemək..
...nə su içir. Günlərlə bu formada əzab çəkir, əriyib yox olur. Geriyə qalan isə təkcə səsi olur. Kim dağda və mağarada bir səs çıxarsa, sadəcə o səsi təkrarlaya bilir. Ekho onu bu hala salan Narcissus üçün başqalarının səsi ilə bəddua edir, o da mənim kimi sevsin və o da mənim kimi qovuşa bilməsin
...deyir. Narcissus bir gün meşədə gəzərkən susayır. Su axtararkən bir gölə rast gəlir. Əyilib su içmək istəyərkən orada öz əksini görür və sudakı əksin özünün olduğunu başa düşmür...
Narcissus sudakı əksinə o qədər heyran qalır ki, gözlərini ondan çəkə bilmir. Əlini suya uzadır, toxuna bilmir. Səslənir, cavab ala bilmir. Çarəsizcə heç bir qarşılıq ala bilmədiyi sudakı öz əksinə aşiq olur...
Eynilə Ekhonun ona aşiq olduğu kimi. Narcissus bu hala dözə bilmir və özünün sudakı əksini qucaqlamağa çalışarkən gölə yıxılır və boğularaq ölür.
İnsanlar Narcissusun yox olduğu gölə gəlib, orada əvvəllər heç vaxt görmədikləri bir bitkinin görürlər xoş ətirli, gözəl görüntülü bir çiçək. Və ona Narcissusun şərəfinə Nərgizgülü adını verirlər.
Beləliklə, Nərgizgülü imkansız sevginin, sevib qovuşa bilməyənlərin və narsissizmin simvoluna çevrilir.