Blog - ƏQRƏB VƏ QURBAĞA

ƏQRƏB VƏ QURBAĞA




KƏLAM: Xislətin Pislikdirsə, Qəbirdədə Yaxşılığın Mümkünsüzdür.

ƏQRƏB VƏ QURBAĞA
(Rəvayət Əsasında)
Çayın o tayına keçmək istəyən,
Bir əqrəb sakitcə durub baxırdı:
-Niyə balıq kimi üzə bilmirəm?
Bu haqsızlıq onu yaman sıxırdı.
Qurbağa qarnını verib günəşə,
Arxası üstündə sakit üzürdü.
Üzmək onun üçün sanki bir peşə,
Gözüylə əqrəbi sakit süzürdü.
Əqrəb çox sakitcə səsləndi ona:
-Kömək et sən mənə, mehriban bacım.
Çatdır məni çayın digər tayına,
Ancaq sənə qalıb, mənim əlacım.
Qurbağa qurr edib söylədi: Yavaş,
İnana bilmərəm belə sözlərə.
Gözündən nə qədər axıtsan da yaş,
Bələdəm zəhərli iti neştərə.
-Sən nə danışırsan, mehriban bacım,
Yaxşılıq edənə kim pislik edər?
Səna fəda olsun, qoy mənim canım,
İncitmə sən məni bu qədər, yetər!
Çayın o tayında qalıbdır yavrum,
Bir az da geciksəm, öləcək inan.
Necə inanırsan, mən səni vurum,
Həqiqi sözümdür, demirəm yalan.
Qurbağa yazığın ana ürəyi,
Sanki muma döndü, yavrum sözündən.
Kömək etmək oldu onun istəyi,
Hətta yaş da axdı, domba gözündən.
Çevrilib tez üzdü əqrəbə sarı:
-Atılıb tez otur, yapış belimdən.
Yavruna çatdırım, gecikmim barı,
Qəlbinə toxundum, icimə məndən.
Əqrəb tez atıldı onun belinə,
Qurbağa: Bitəcək hicranın sonu.
Bir anda yetişdi çay sahilinə:
- Get qovuş yavruna, gözlətmə onu!
Atılıb sahilə düşməzdən öncə,
Əqrəb qurbağanın sancdı belindən:
Sancmaq xislətimdir, incimə məndən.
Canımdam gələnim, bax budur təkcə,
Canında pis xislət vardırsa əgər,
Düşünmə, qəbirdə bəlkə düzələr.
Tərgitmək mümkünsüz, eşit və inan!
Xislətidə verir Uca YARADAN!

Ordan - Burdan
Şərhlər 2
Maraqlı 👍
31 Yan 2025, 22:35
0
CiNARA_
cavab verdi Aqşin

Tesekkur edirem oxuyub deyerlendirdiyniz ucun

31 Yan 2025, 22:38
Bütün cavabları göstərin 1
Üzr istəyirik, şərh yazmağa icazəniz yoxdur. Əgər qeydiyyatdan keçməmisinizsə qeyd olun daha sonra yaza bilərsiniz!
Bütün yazılar

Bu səhifəni paylaşın