Bu gün Azərbaycanda ikinci çərşənbə - Od çərşənbəsi qeyd olunur. Od çərşənbəsində od rəmzi məna daşıyır. O, yandırıb-yaxan, istilik verən məfhum kimi yox, müqəddəs məfhum kimi təsvir edilir. “Suyun yumadığını od təmizlər” ifadəsi də buradan götürülüb. Alimlərin araşdırmasına görə, türk etnosu odu zərdüştlükdən, atəşpərəstlikdən də əvvəl müqəddəs sanıb və ona təmizləyici varlıq kimi yanaşıb.
Adətə görə Od çərşənbəsində bayram tonqalı həyət qapısının sonunda qalanar ki, evə daxil olan özü ilə birgə ağırlıq, pis niyyəti gətirməsin, nə varsa odda yansın.
BƏS SİZLƏR OD ÇƏRŞƏNBƏSİNDƏ HANSI ADƏTLƏRİ BİLİRSİNİZ? YAZIN BİZDƏ BİLƏK ☺ Və ya da bu çərşənbə haqqında hər nəsə yaza bilərsiniz...#su #od#hava#torpaq#novruz#yeniil#yazuz
Cersembelerin icinde en sevdiyim OD CERSENBESI.Bildiyim tek adet tonqal yandirib ustunden hopanmaq) ama axrinci cersebe ucun xeyli adetler ve fallar var .Deyesen men Atesperestem ocagin yanmasi onu seyr etmek dehsetli zovq verir😍💥💥💥